Bakıda Türkiyənin Atatürkü anma, gənclik və idman günü qeyd olunub - FOTO

Bakıda Türkiyənin Atatürkü anma, gənclik və idman günü qeyd olunub - <font color=red>FOTO</font>
# 19 may 2010 14:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Türkiyənin 19 may – Atatürkü anma, gənclik və idman günü Bakıda da qeyd olunub. APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu günü böyük tarixi bayram adlandırıb və Mustafa Kamal Atatürkün Türkiyə tarixində oynadığı roldan danışıb: “Dünyada 10-a qədər dövlətin ümummilli lideri var. Bir millət olaraq iki böyük dövlət xadimi və xilaskarla fəxr edirik”.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə Cümhuriyyətinin banisi və onun gənclərə böyük etimadından bəhs edərək Atatürkün “Cümhuriyyəti mən qurdum, onu yüksəltmək isə sizin vəzifənizdir” kəlamını xatırladıb. Diplomat cümhuriyyət dövründə əldə edilmiş uğurlardan danışaraq bildirib ki, hazırda Türkiyə iqtisadi qüdrətinə görə dünyada 17-ci yerdədir və bölgənin ən böyük siyasi oyunçularından biridir: “61 il öncə Türkiyə Avropa Şurasına üzv oldu, indi Türkiyə vətəndaşı bu qurumun Parlament Assambleyasına sədrlik edir”. H. Kılıç Türkiyə vətəndaşının 6 ildir İslam Konfransı Təşkilatının baş katibi vəzifəsində çalışdığını da xatırladıb.

Tədbirdə Atatürkə həsr olunmuş film nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR