“Azadlıq” bloku iyunun 5-də mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək

“Azadlıq” bloku iyunun 5-də mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək
# 25 may 2010 12:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” blokuna daxil olan partiyalar iyunun 5-də mitinq keçirmək üçün bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək. Blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə aksiyanın keçirilməsi üçün 5 meydan - Nərimanov kinoteatrının qarşısı, Səməd Vurğun bağı, Füzuli meydanı, Hüseyn Cavid bağı və Cəfər Cabbarlı bağı müəyyənləşib. Mitinqin bu yerlərdən birində keçirilməsi nəzərdə tutulur. Aksiyada parlament seçkiləri öncəsi ölkədə demokratik şəraitin yaradılması, seçki məcəlləsinin dəyişdirilməsi, seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması və digər tələblər irəli sürüləcək.

Qeyd edək ki, “Azadlıq” bloku eyni tələblərlə mayın 15-də Nərimanov kinoteatrının yaxınlığında icazəsiz aksiya keçirməyə cəhd göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR