Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası və Ədalət Partiyası İsrailin Türkiyə gəmilərinə hücumu faktını pisləyən bəyanat qəbul ediblər

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası və Ədalət Partiyası İsrailin Türkiyə gəmilərinə hücumu faktını pisləyən bəyanat qəbul ediblər
# 01 iyun 2010 10:53 (UTC +04:00)
Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası və Ədalət Partiyası İsrail Silahlı Qüvvələrinin Türkiyəyə məxsus gəmilərə hücum etməsi faktı ilə bağlı birgə bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, partiyalar İsrail ordusu tərəfindən Türkiyədən Qəzzaya gedən humanitar yardım gəmisinə hücum edilməsi və bu hücumun insan tələfatı ilə nəticələnməsini görünməmiş qəddarlıq aksiyası kimi qiymətləndirib və bu hadisənin mahiyyətinin bütünlüklə İsrail hökumətinin üzərinə düşdüyünü bəyan ediblər: “Humanitar yardım gəmisinə hücum edən İsrail tərəfi bölgədə sülh danışıqlarına zərbə vuracaq ciddi bir addım atıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası və Ədalət Partiyası bu qəddar aksiyanı pisləyir, Türkiyənin haqlı mövqeyini dəstəkləyir və bu əməli törədən şəxslərin dərhal beynəlxalq məhkəmədə mühakimə olunmasını tələb edirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR