Müsavat Partiyası iyunun 12-də mitinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyası iyunun 12-də mitinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 02 iyun 2010 14:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası iyunun 12-də mitinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, aksiyanın keçirilməsi üçün 5 yer təklif olunub. Partiya aksiyanın keçirilməsi üçün Nərimanov kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı, Bakı şəhər İcra Hakimiyyəti, Prezident Administrasiyası və yaxud Nazirlər Kabinetinin 200 metrlik radiusunda yer ayrılmasını istəyiblər. A. Hacılı bildirib ki, aksiyada parlament seçkiləri öncəsi siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması, seçki qanunvericiliyinin dəyişdirilməsi və digər tələblərin səsləndirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR