QAT xarici işlər nazirinə sorğu göndərib

QAT xarici işlər nazirinə sorğu göndərib
# 07 iyun 2010 12:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İyunun 7-də Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin növbəti toplantısı keçirilib. QAT-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda Qarabağ danışıqlarının gedişi, yenilənmiş Madrid prinsipləri, hərbi vətənpərvərlik işinin vəziyyəti, işğalçı Ermənistana qarşı müharibənin başlanmasının zəruriliyi və digər məsələlər müzakirə edilib.

Ali Məclisin qərarı ilə Qarabağ danışıqlarının gedişi barədə xarici işlər naziri Elmar Məmmədyarova sorğu göndərilib. Sorğuda yenilənmiş Madrid prinsiplərinin tam mətninin Azərbaycan cəmiyyətinə açıqlanması, Ermənistan tərəfinin razılaşmadığı konkret məqamların nədən ibarət olduğu, Azərbaycanın yenilənmiş Madrid prinsiplərini hansı xırda istisnalarla qəbul etdiyi, Qarabağ danışıqlarının limitinin nə vaxt qurtaracağı barədə açıqlama xahiş edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR