AVCİYA Qaradağlı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması ilə bağlı layihə çərçivəsində tədbirlərə başlayıb

AVCİYA Qaradağlı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması ilə bağlı layihə çərçivəsində tədbirlərə başlayıb
# 07 iyun 2010 12:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) QHT-lərə Dövlət Dəstəyi Şurasının köməyi əsasında Qaradağlı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması ilə bağlı layihə çərçivəsində tədbirlərə start verib. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, layihənin məqsədi Xocavənd rayonunun Qaradağlı kəndinin faciəsi haqqında faktları tədqiq etmək və faciə haqqında həqiqətləri beynəlxalq aləmdə yaymaqdır.

Layihə çərçivəsində 5 regionda seminar keçirilməsi, “Xocavəndin Qaradağlı faciəsi” adlı kitabın nəşri nəzərdə tutulur. Kitabın dövlət orqanları, bələdiyyələr, yerli QHT-lər, beynəlxalq təşkilatlar, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Bundan başqa, kitab payızda ingilis dilinə tərcümə edilərək müxtəlif ölkələrə göndəriləcək.

Layihə çərçivəsində ilk tədbir Xaçmaz şəhərində “Quba-Xacmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi”nın ofisində keçirilib. Növbəti tədbirlər Şirvan, Lənkəran, Zaqatala, Sumqayıt şəhərlərində keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR