Müsavat Partiyası iyunun sonuna kimi deputatlığa namizədlərinin siyahısını ictimaiyyətə açıqlayacaq

Müsavat Partiyası iyunun sonuna kimi deputatlığa namizədlərinin siyahısını ictimaiyyətə açıqlayacaq
# 08 iyun 2010 13:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası parlament seçkilərində irəli sürəcəyi namizədlərin siyahısını iyunun sonuna kimi ictimaiyyətə təqdim edəcək. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı APA-ya bildirib ki, bu vaxta qədər partiya 100-dən artıq seçki dairəsində namizədlərini müəyyən edib. O, ilkin olaraq yaxın günlərdə 40 nəfərlik siyahının, ayın sonunda isə yekun siyahının açıqlanacağını söyləyib: “Hələlik bütün dairələr üzrə namizədlərimiz müəyyənləşməyib. Amma əksəriyyəti artıq bəllidir, namizədliyi irəli sürüləcək şəxslər razılaşdırılıb. Bizim müəyyənləşdirdiyimiz və danışıqlar apardığımız namizədlər arasında başqa partiyadan olan və bitərəf şəxslər də var. Elə dairələr var ki, orada bir neçə şəxs öz iddiasını irəli sürüb və bununla bağlı müzakirələr aparılır. Müəyyən yerdəyişmələr mümkündür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR