Bakı şəhər İcra Hakimiyyəti İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilməsi ilə bağlı müraciətə cavab verməyib

Bakı şəhər İcra Hakimiyyəti İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilməsi ilə bağlı müraciətə cavab verməyib
# 08 iyun 2010 14:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti Müsavat Gənclər Təşkilatının iyunun 9-da İsrailin Azərbaycandakı səfirliyi qarşısında keçirmək istədiyi aksiya ilə bağlı müraciətinə cavab verməyib. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bununla bağlı gənclər təşkilatı bəyanatla çıxış edib. Bəyanatda BŞİH-nin Konstitusiya və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu pozduğu bildirilir. Təşkilat qanunvericiliyə görə, şəhər rəhbərliyinin aksiyanın təyin olunduğu vaxta ən azı 3 gün qalana kimi cavab verməli olduğunu qeyd edib: “Amma aksiyanın vaxtına 24 saatdan az bir müddət qalsa da, heç bir cavab verilməyib”. Gənclər təşkilatı BŞİH-nin bu mövqeyini pisləyib.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı isə APA-ya bildirib ki, belə qeyri-müəyyən bir vəziyyətdə aksiyanın keçirilməsi məqsədəuyğun sayılmır: “Digər tərəfdən, iyunun 12-nə Müsavat Partiyasının mitinqi nəzərdə tutulur. Biz həmin aksiyada iştirak edəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR