Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün yeni yerlər müəyyənləşdirib

Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün yeni yerlər müəyyənləşdirib
# 10 iyun 2010 09:25 (UTC +04:00)
APA-nın məlumatına görə, Ofisin rəhbəri, səfir Əli Bilgə Cankorel bildirib ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüb, görüşdə tərəflərin daha sıx əməkdaşlıq etməsi qərarına gəlinib.

Qarşıdakı günlərdə ortaq toplantıların olacağını deyən səfir müsbət nəticələrin olacağına ümid etdiyini bildirib: “Aksiyalarla bağlı bir sıra şikayətlər var və bu şikayətlərin nəyə dayandığını araşdırmaq lazımdır. İcra başçılarının öz, müxalifət partiyalarının isə öz nöqteyi-nəzəri var. Bu yöndə çalışmalar olacaq. Tərəflərin anlaşma əldə edə biləcəyini düşünürəm. Bu problem tərəflərin bir-birini anlamaması səbəbindən da yarana bilər. Biz ATƏT olaraq nə qədər bu mövzunun içində olsaq, o qədər yaxşı nəticələr əldə edə bilərik”.

Səfir Bakı şəhərində kütləvi tədbirlər keçirilməsi üçün ayrılmış 11 yerin 3-ə endirilməsinə də münasibət bildirib və kütləvi tədbirlərlə bağlı BŞİH-nin yeni siyahı hazırladığını vurğulayıb: “İcra başçısı görüşdə yeni siyahı ortaya qoydu. Yeni siyahıda köhnə siyahıda olub etiraz edilən bəzi yerlər çıxarılıb, əlavə bəzi yerlər daxil edilib. Biz bunları da müzakirə edəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR