Azərbaycan prezidenti “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb
# 11 iyun 2010 16:28 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fərman “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1001-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə imzalanıb. Fərmanda adı çəkilən qanuna edilən dəyişikliklər öz əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR