Azərbaycan prezidenti “Goranboy rayonu və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismət dəyişiklik edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti “Goranboy rayonu və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismət dəyişiklik edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb
# 11 iyun 2010 16:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Goranboy rayonu və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismət dəyişiklik edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən Nazirlər Kabinetinə üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1018-IIIQ nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Bundan başqa Nazirlər Kabineti müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edərək prezidentinə məlumat verməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR