“İşğal olunmuş Azərbaycan ərazilərinin təbii-iqtisadi potensialı və onun müasir vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib

“İşğal olunmuş Azərbaycan ərazilərinin təbii-iqtisadi potensialı və onun müasir vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib
# 16 iyun 2010 09:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi ilə birgə “İşğal olunmuş Azərbaycan ərazilərinin təbii-iqtisadi potensialı və onun müasir vəziyyəti” mövzusunda dəyirmi masa keçirib. ASRP-nın sədri Xanhüseyn Kazımlı Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərində yaranmış ekoloji problemlərdən danışıb və bu mövzuda müqayisəli təhlil aparıb. X. Kazımlı ASRP-nın “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi ilə birgə Qarabağ mövzusunda yazılar üzrə müsabiqə elan etdiyini də açıqlayıb. Müsabiqə çərçivəsində altı mövzu üzrə yazılar qəbul ediləcək.

Tədbirdə çıxış edən “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov və digər natiqlər də ermənilər tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində yaranmış ekoloji problemlər haqda danışıblar.

Toplantıda bu problemin KİV vasitəsilə dünya ictimaiyyətinə çatdırılması da qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR