MSK məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirəcək

MSK məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirəcək
# 02 avqust 2010 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) bu il keçiriləcək parlament seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirəcək. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, , treninqlərin məqsədi parlament seçkiləri ərəfəsində aşağı seçki komissiyalarının üzvlərinin təcrübəsini artırmaq, Seçki Məcəlləsinə edilmiş dəyişikliklərin və MSK tərəfindən qəbul olunmuş seçki sənədlərinin geniş izahını verməkdir. Tədbirin parlament seçkilərinə rəsmi start verilənə qədər reallaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən ay MSK ilə Avropa Şurasının dairə seçki komissiyalarının üzvləri üçün keçirdiyi treninq-seminarlar başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR