KXCP: Nurəddin Məmmədlinin açıqlamaları AXCP-nin Rəsulzadə-Elçibəy yolundan imtinası kimi dəyərləndirilməlidir

KXCP: Nurəddin Məmmədlinin açıqlamaları AXCP-nin Rəsulzadə-Elçibəy yolundan imtinası kimi dəyərləndirilməlidir
# 12 avqust 2010 13:16 (UTC +04:00)
Partiyanın informasiya şöbəsindən APA-ya daxil olan müraciətdə bildirilir ki, Müsavat və AXCP sədrlərinin seçkidən sonrakı zaman üçün bu iki partiyanın vahid partiyada birləşməsi haqqında səsləndirdikləri fikirlər KXCP tərəfindən lazımi səviyyədə qiymətləndirilib və bu prosesə siyasi uğur arzulanıb. “Eyni ideoloji-siyasi dünyagörüşünə malik bu partiyaların rəhbər şəxsləri müxalifətin birliyi formatı haqqında fərqli fikirlər səsləndirsələr də, bu birliyin baş tutacağı qənaətində idik. Lakin tərəflərdən birinin səlahiyyətli şəxsinin hətta ideoloji baxımdan fərqli dünyagörüşünə malik məzmun kəsb edən açıqlamalarla çıxış etməsi bu birliyin baş tutmaması ehtimalını irəli sürməyə əsas verir. AXCP sədrinin müavini Nurəddin Məmmədli mətbuata verdiyi müsahibəsində yuxarıda yazılanları bir daha təsdiqləmiş olur. Belə ki, o, Rəsulzadə-Elçibəy yolunu mücərrəd anlayış kimi dəyərləndirir və siyasi baxımdan düzgün olmayan bu ideoloji birliyin ciddi fəsadlar törədəcəyini vurğulayır. O, həmçinin “Rəsulzadə-Elçibəy”-Müsavatçılıq ideologiyasına qarşı liberal düşüncə sistemini alternativ qoymaqla AXCP-nin əsl ideoloji-siyasi mahiyyətini açır və iki fərqli ideoloji-siyasi düşüncə sisteminə malik bu iki partiyanın birləşə bilməyəcəyinə işarə edir. KXCP mətbuat xidməti ümid edir ki, Azərbaycan cəmiyyəti N. Məmmədlinin bu açıqlamalarını AXCP-nin Rəsulzadə-Elçibəy yolundan imtinası kimi dəyərləndirəcək, problem Müsavat partiyasının rəhbərliyi və AXCP-dəki həqiqi elçibəyçilər tərəfindən uyğun qiymətini alacaq”, - deyə müraciətdə vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR