Hafiz Hacıyev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ondan rüşvət istəməsi ilə bağlı prezidentə müraciət edib

Hafiz Hacıyev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ondan rüşvət istəməsi ilə bağlı prezidentə müraciət edib
# 12 avqust 2010 14:05 (UTC +04:00)
Partiyadan APA-ya verilən məlumata görə, müraciətdə Ağa Nemətulla küçəsi 29/89 ünvanında yerləşən H. Hacıyevin adına özəlləşdirilən yararsız binanın yerində şəhər arxitekturasına uyğun olan ofis binasının tikilməsi üçün H. Abutalıbovun H. Hacıyevdən rüşvət tələb etməsi əksini tapıb.

Müraciətdə qeyd olunub ki, binanın tikintisi üçün bütün aidiyyəti təşkilatlardan razılıq alınsa da, BŞİH-ya ünvanlanan rəsmi məktublara müsbət cavab verməyib.

BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya MMP-nın rüşvətlə bağlı məlumatının həqiqətə uyğun olmadığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR