QAT və İnsan Azadlıqları və Hüquqlarının Müdafiə Cəmiyyətinin üzvləri Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib - FOTOSESSİYA

QAT və İnsan Azadlıqları və Hüquqlarının Müdafiə Cəmiyyətinin üzvləri Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib - <font color=red>FOTOSESSİYA</font>
# 23 avqust 2010 10:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı üçün səfirliyə doğru hərəkət edən piket iştirakçılarının qarşısı polis tərəfindən alınıb. Piketçilərin binaya yaxınlaşmasına və qətnaməni səfirliyə təqdim etməsinə icazə verilməyib. Buna baxmayaraq qətnamənin oxunmasına imkan yaradılıb.

Qətnamədə qeyd olunub ki, Rusiya Azərbaycan üçün arzuolunmaz dövlət elan olunmalı, bu dövlət ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmalı, bu ölkənin Azərbaycandakı səfirliyinin fəaliyyəti dayandırılmalı, prezident Dmitri Medvedevin Azərbaycana gözlənilən səfərinə imkan verilməməlidir.

Qeyd edək ki, aksiya Rusiya-Ermənistan hərbi əməkdaşlığına etiraz məqsədi daşıyıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR