Azərbaycanın bəzi müxalifət partiyaları seçki öncəsi debatların seçim forması və efir vaxtını uğursuz hesab edirlər

Müsavat partiyasının sədri İsa Qəmbər hesab edir ki, noyabrda keçiriləcək parlament seçkilərində xalqın öz seçimini edə bilməsi üçün hər cür imkan yaratmaq vacibdir.
AXCP sədri Əli Kərimli isə bildirib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin durumu məsələsini təkcə seçkilər ərəfəsində müzakirə etmək düzgün deyil: “Nə üçün kütləvi informasiya vasitələrin cəmiyyət üçün yalnız seçkilər zamanı açıq olmalıdır?” O xatırladıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2008-ci ildə keçirilən seçkilərə dair son hesabatında bildirilir ki, Azərbaycan seçkilər keçirilməsi üçün demokratik atmosfer yoxdur: “Hökumət mitinqlər keçirilməsi üçün, hakim partiya və müxalifətdən olan namizədlər üçün bərabər imkanlar yaratmalıdır”.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə deyib ki, Azərbaycanda seçki prosesi çox şəffaf və demokratikdir, bütün namizədlər üçün bərabər şərait yaradılıb: “Bütün partiyalar üçün eyni şərait yaradılıb”. Ə. Əhmədov müxalifət partiyalarına yaxın olan mətbuatın artıq seçki elan edilmədən “qara piar”a başladığını bildirib və bunu tənqid edib.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qeyd edib ki, həftədə bir dəfə, şənbə günü İTV-də saat 19:00-da efirə verilən həmin debatlara vətəndaşların baxma imkanı məhduddur. Ona görə də bu debatların saat 20 və ya 21-də efirə verilməsi daha məqsədəuyğundur.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə bildirib ki, bölgələrdə fəaliyyət göstərən regional televiziya kanallarında da namizədlərə şərait yaradılmalıdır. A. Mollazadə siyasi reklam üçün KİV-in şirkətlərdən fərqli olaraq, yüksək qiymət müəyyənləşdirdiyini vurğulayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də namizədlər üçün KİV-də bərabər imkanlar yaradılmasının vacibliyini önə çəkib: «Seçki Məcəlləsindəki nöqsanlardan biri də ondan ibarətdir ki, 60-dan artıq dairədə namizədlərini qeydə alınmış partiyalara pulsuz efir vaxtı verilir. Çox vaxt da bu efir vaxtından partiya sədrləri istifadə edirlər. Ona görə də bu məsələyə baxılmalıdır. Digər məsələ isə böhtan kampaniyalarının aparılmasıdır. Bu böhtan kampaniyası mətbuatda, özünü real müxalifət adlandıran qəzetlər tərəfindən aparılır”.
Ədalət Partiyasının sədri İlyas İsmayılov da seçkilərdə pullu efir vaxtının qiymətinin yüksək olmasından danışıb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı seçkilər üçün özəl telekanallarda ayrılmış efir vaxtının qiymətinin Azərbaycan reallıqları ilə uzlaşmadığını bildirib. O, həmçinin seçki bloklarının qeydiyyat məsələsinə və buna görə ayrılan pulsuz efir vaxtı ilə bağlı limitə də baxılmasını təklif edib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə seçkilərin demokratik şəraitdə keçirilməsi üçün hökumətin səy göstərdiyini vurğulayıb. O, seçkilər başlamamışdan öncə bəzi media qurumlarının heç bir mənbəyə əsaslanmayan proqnozlar vermələrindən şikayətlənib.
Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı da seçkilərin demokratik keçirilməsi üçün şərait yaradıldığını bildirib: “Bəzi media mənsubları isə siyasi simpatiyaları olan namizədlərə vəkillik etməməlidir”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə diqqəti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun tədbirin yarısından sonra partiya və media rəhbərlərinin fikirlərini dinləmədən tədbiri tərk etməsinə yönəldib: “Komissiyanın sədri əgər buradakı müzakirələrə qulaq asmırsa, nə bilər ki, mətbuatın hansı problemləri var. O, problemlərin həllində hansı işi görə bilər”. S. Cəlaloğlu onu da vurğulayıb ki, özəl telekanallarda pullu efir vaxtı üçün müəyyən edilmiş qiymətlərin yuxarı həddi dövlət tərəfindən müəyyənləşdirilməlidir.
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə diqqəti daha çox seçki dövründə aparılan böhtan kampaniyalarına yönəldib. Partiya sədri qeyd edib ki, böhtan kampaniyaları müəyyən namizədlərin iştirakına sonradan problem yaradır: “Bunun üçün qarşı tərəfin cavab haqqı təmin olunmalıdır. Bu prinsip həm müstəqil, həm iqtidar, həm də müxalifət partiyalarının nəzarətində olan media orqanlarında gözlənməlidir. Həmçinin TV-lərdə müzakirələrin aparılması üçün imkanlar yaradılmalıdır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də debatların formasından və efir vaxtından narazılıqlarını da ifadə edib: “Efir vaxtının saat 20-22 radələrində verilməsi daha məqsədəuyğundur. Digər problem isə efir vaxtının radio və televiziyada eyni saata təyin olunmasıdır. Pullu efir vaxtında isə elə şərait yaradılır ki, heç kim ondan istifadə edə bilmir”.
Qeyd edək ki, tədbirin ikinci hissəsində İTV-nin direktoru İsmayıl Ömərov səslənən iradları və təklifləri cavablandırmalı olsa da, tədbirin həmin hissəsi jurnalistlər üçün qapalı keçirilib.
Daxili siyasət

Deputat: Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu qəbul edilib

Mütəllim Rəhimli Ədalət Partiyasının yeni sədri seçilib

Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası təsdiqlənib

Əfv Komissiyasının yekun iclası keçirilib
Xəbər Lenti
ABŞ Rusiyaya qarşı sərt sanksiyaları gündəmə gətirib
Co Baydenə aqressiv xərçəng diaqnozu qoyulub
HƏMAS atəşkəs müqabilində 9 nəfərə qədər girovu azad etməyə hazırdır
Avstraliya “Abrams” tanklarını Ukraynaya yola salıb
Göyçayda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Okan Buruk: “Hədəfim ardıcıl 4-cü dəfə çempion olmaqdır”
“Qalatasaray”ın 25-ci çempionluğu Bakıda da coşqu ilə qeyd edilib - FOTO - VİDEO
Azərbaycan çempionu “Qarabağ”a kubok və qızıl medallar təqdim olunub
Lənkəranda baş verən qəzalarda 2-si azyaşlı olmaqla 10 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB
“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionu olub
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib
Somalidə hərbi baza yaxınlığında güclü partlayış olub
Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Əfqanıstan XİN “İslam Dövləti”nə qarşı mübarizədən danışıb
Mahir Emreli “het-trik” edib - VİDEO
Bessent: ABŞ-ın reytinqini endirən Moody’s agentliyinə etibar etmirəm
Qəzzadan İsrailə iki raket atılıb
Zelenski Papa XIV Leo ilə görüşüb - FOTO
Pavel Durov: Avropa ölkələrindən birindən seçkilərə müdaxilə etməklə bağlı tələb aldıq
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Avropanın 4 lideri Putinlə danışmazdan əvvəl Trampla müzakirə aparacaq
Niger çayında bərə qəzaya uğrayıb, 37 nəfər boğulub
Mərakeş Suriyada səfirliyini yenidən açacaq
İsrail Qəzzanın şimal və cənubunda genişmiqyaslı quru əməliyyatına başladığını elan edib
Vatikan Papa XIV Leo ilə Zelenskinin görüşünü elan edib
“Fənərbaxça”da fövqəladə qurultay təyin olunub
Nabranda yanğın olub
Hikmət Hacıyev: Azərbaycan İranla əməkdaşlığı dəstəkləyir
Lev Yaşin tarixin ən yaxşı qapıçısı seçilib
Egey və Aralıq dənizində ard-arda zəlzələ baş verib
Prezident İlham Əliyevin nəvəsi kunq-fu üzrə dünya çempionu olub
Prezidentin köməkçisi: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır” - VİDEO
Hikmət Hacıyev: "Bu müzakirələr İran-Azərbaycan münasibətlərinə yeni nəfəs, yeni təkan verib”
Deputat: Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni bir mərhələ başladı
Samuxda 70 yaşlı qadını inək vurub, vəziyyəti ağırdır
Hindistanda yanğın baş verib, altısı uşaq olmaqla, azı 17 nəfər ölüb
Abbas Əraqçi: “Tehran nüvə silahı istehsal etməyi planlaşdırmır”
Ukrayna Silahlı Qüvvələrinin generalı: “Putin Ukraynanı kapitulyasiyaya məcbur etmək istəyir”
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pakistan Ordusunun sözçüsü: "Hindistan hegemoniyasına əsla boyun əyməyəcəyik" - VİDEO
Belçika Ukraynaya nəhəng yardım paketi təqdim edəcək - SİYAHI
Roma Papası XIV Leo vəzifəsinin icrasına başlayıb - VİDEO - YENİLƏNİB
Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib
Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir
Şabranda iki nəfərin öldüyü yol qəzasının detalları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB
Bu gün Qəzzada 96 nəfər ölüb, 140-dan çox insan yaralanıb
Moskva ətrafında baş verən yanğında üç nəfər həlak olub
Bu gün Krım tatarlarının sürgününün 81-ci ili tamam olur