“Qarabağ” Seçki Bloku 93 Seçki dairəsi üzrə namizədləri müəyyənləşdirib

“Qarabağ” Seçki Bloku 93 Seçki dairəsi üzrə namizədləri müəyyənləşdirib
# 25 avqust 2010 13:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ““Qarabağ” Seçki Blokunun yaradılması ilə bağlı həm siyasi qərar verilib, həm də vahid namizədlərin müəyyənləşdirilməsi ilə bağlı əsas işlər görülüb”.

Bunu APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, 93 Seçki dairəsi üzrə artıq namizədlər müəyyənləşib. “Sabah isə qalan 10 namizədlə bağlı dairə müəyyənləşəcək. Heç bir problemimiz yoxdur. Bizim əməkdaşlığımızın bir müsbət cəhəti də odur ki, həm konsensusa tez gələ bilirik, həm də birliyə daha çox önəm veririk. Baxmayaraq ki, bəzi partiyaların vahid namizədlərin müəyyən edilməsində çoxlu problemləri var. Əvvəlcədən razılaşmışıq ki, birlik xətrinə hər şeyə güzəştə gedək”.

Müəyyənləşdirilməsi mümkün olmayan dairənin olmayacağını deyən S. Cəlaloğlu bildirib ki, Ümid Partiyası və ADP arasında bu məsələ ilə bağlı mübahisə yaradaca biləcək məqamlar yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR