Müsavat Partiyasının başqanı Kamboca və Almaniyada keçiriləcək tədbirlərə dəvət alıb

Müsavat Partiyasının başqanı Kamboca və Almaniyada keçiriləcək tədbirlərə dəvət alıb
# 30 avqust 2010 13:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına dəvət edilib. Bu barədə APA-ya Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib. Dəvət məktubu partiyaya Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən çatdırılıb. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı bu ilin dekabr ayında Kamboca Krallığında keçiriləcək.

İ. Qəmbər bu ilin oktyabr ayında Nauman Fondunun təşkilatçılığı ilə Berlində (Almaniya) keçiriləcək beynəlxalq konfransa da dəvət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR