DUİ 8 dairə üzrə vahid namizədini müəyyənləşdirə bilmir

DUİ 8 dairə üzrə vahid namizədini müəyyənləşdirə bilmir
# 30 avqust 2010 14:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Bu barədə APA-ya DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib. Toplantıda parlament seçkilərinə hazırlıq vəziyyəti, DUİ-nin vahid namizədlərinin dəqiqləşdirilməsi və digər məsələlər müzakirə edilib.

Ə. Oruc 8 seçki dairəsi üzrə vahid namizədin müəyyənləşdirilməsində problem olduğunu deyib. Həmin dairələrdə DUİ-yə daxil olan partiya təmsilçilərindən birdən artıq şəxs namizədliyə iddia edir. Mübahisəli dairələr arasında Bakı ilə yanaşı, Şabran və Masallı kimi rayonların seçki dairələri də var.

Ə. Oruc DUİ və Müsavat Partiyası rəhbərliyi arasında növbəti görüşün sentyabrın 1-də keçiriləcəyini də söyləyib. Həmin görüşdə seçkidə əməkdaşlıqla bağlı razılaşmaların yekununa dair sənəd, yaxud ümumi bəyanat imzalanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR