Sentyabrın 1-dən DSK və məntəqə seçki komissiyasının üzvləri üçün kurslar başlayır

Sentyabrın 1-dən DSK və məntəqə seçki komissiyasının üzvləri üçün kurslar başlayır
# 30 avqust 2010 14:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası çərçivəsində sentyabrın 1-dən 3-dək regionlarda dairə seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulan kurslar keçirəcək. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Kurslarda MSK üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçəcəklər.

Bundan əvvəl isə 23-29 avqustda MSK-da DSK sədrlərinə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007 və 2009-cu illərdə də Azərbaycan prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR