AMİP Siyasi Şurasının iclası keçirilib

AMİP Siyasi Şurasının iclası keçirilib
# 31 avqust 2010 15:47 (UTC +04:00)
Bakı-APA. AMİP Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat və informasiya xidmətindən APA-ya verilən məlumata görə, iclasda AMİP Mərkəzi Şurasının çağırılması, parlament seçkilərinə hazırlıq və ölkədəki sosial-iqtisadi durum müzakirə olunub.

Hərtərəfli müzakirələrdən sonra Siyasi Şura parlament seçkilərinə hazırlıq işlərinin sürətləndirilməsi və partiyanın Mərkəzi Şurasının 11 sentyabr 2010-cu ildə çağırılması haqda qərar qəbul edib. Siyasi Şura, həmçinin ölkədəki ictimai-siyasi vəziyyətin getdikcə ağırlaşmasından və seçki qabağı mühitin daha da pisləşməsindən narahatlığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR