Azərbaycan prezidenti minimum əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti minimum əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb
# 31 avqust 2010 16:42 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib. Prezident həmçinin Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb. Bu sərəncamla “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3005 nömrəli Sərəncamı (3-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR