YAP ümumrespublika müşavirəsi keçirib

YAP ümumrespublika müşavirəsi keçirib
# 14 oktyabr 2010 14:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. APA-nın xəbərinə görə, bu barədə partiyanın rəsmi saytında məlumat yayılıb.

Müşavirədə noyabrın 7-də keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb, təşkilat sədrlərinə YAP-ın namizədlərinin seçicilərlə görüşlərinin təşkili ilə bağlı bir sıra tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR