Azərbaycan Prezidenti Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidentini və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədrini qəbul edib

Azərbaycan Prezidenti Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidentini və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədrini qəbul edib
# 16 oktyabr 2010 16:09 (UTC +04:00)
Bakı - APA. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Vitali Smirnovu və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədri Vladimir Lisini qəbul edib.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlara toxunulub, beynəlxalq idman əməkdaşlığının genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən söz açılıb. Azərbaycanda mütəmadi olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi və bu tədbirlərin yüksək səviyyədə təşkil edildiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycanın Beynəlxalq Olimpiya hərəkatında fəal iştirak etdiyi bildirilib, ölkəmizin bu sahədə əldə etdiyi uğurların əhəmiyyəti vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR