Müsavat Partiyasından istefa vermiş Qabil Hüseynli və Adil Qeybulla yeni təşkilat yaradırlar

Müsavat Partiyasından istefa vermiş Qabil Hüseynli və Adil Qeybulla yeni təşkilat yaradırlar
# 04 yanvar 2011 14:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müsavat Partiyasından istefa vermiş başqan müavini, professor Qabil Hüseynli və Divan üzvü, professor Adil Qeybulla bəyanatla çıxış ediblər. APA-nın xəbərinə görə, birgə bəyanatda deyilir:

“Uzun illər sıralarında olduğumuz, bərpasında, inkişafında və cəmiyyətdə nüfuzunun artmasında xidmətlərimiz olan Müsavat Partiyaları sıralarından istefa verdiyimizi dərin təəssüf hissi ilə bəyan edirik. Mənəvi-etik səbəblərdən istefamızın səbəbləri üzərində dayanmağı lazım bilmirik və bunu zamanın və tarixçilərin öhdəsinə buraxırıq. Partiya sıralarından istefa versək də, siyasi fəaliyyətimizi davam etdiririk və böyük Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu ideyalara sadiq qaldığımızı bir daha təsdiqləyirik. İlk vaxtlar “Müsavat irsi və müasirlik” adlı ictimai-siyasi qurum yaratmaqla siyasi maarifləndirmə istiqamətində fəaliyyətimizi davam etdirmək niyyətindəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR