Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir

Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir
# 05 yanvar 2011 10:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkil Sabir Rüstəmxanlı Türkiyədə işgüzar səfərdədir. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o bu ölkənin ictimai-siyasi xadimləri və diaspor təşkilatları ilə görüşləri keçirir.

Millət vəkili Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə yanvarın 8-də İstanbul Universitetində başlayacaq “Türkiyə Türk Dünyasının gözü ilə” Uluslararası simpoziumunda “Türkiyə-Azərbaycan ilişkiləri və Türkiyədən gözləntilər” mövzusunda məruzə ilə çıxış edəcək.

Səfər yanvarın 10-da başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR