Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib

Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib
# 07 yanvar 2011 09:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkə və regionda ictimai-siyasi vəziyyət, partiya strukturları və təşkilatlanma işi, İcra Aparatının yaxın altı aylıq planı və digər məsələlər müzakirə olunub. Həmçinin, “Qarabağ” siyasi partiyalar bloku daxilində fəaliyyət istiqamətləri və gələcək planlar ətrafında diskussiya aparılıb. Siyasi bloka daxil olan partiyaların müxtəlif strukturları arasında münasibətlərin inkişaf etdirilməsi də müzakirə mövzusu olub.

Sonra Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədlinin hesabatı dinlənilib. İcra Aparatının növbəti altı ay üçün tərtib etdiyi planın müzakirəsi keçirilib. Sonda isə partiyadaxili təşkilatlanma işi və rayon təşkilatlarının durumu barəsində hesabat dinlənilib və qənaətbəxş hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR