Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunub

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunub
# 08 yanvar 2011 08:28 (UTC +04:00)
Bakı. Pərvin Abbasov, Şəhriyar Əlizadə - APA. Azərbaycan İslam Partiyasının (AİP) sədri və daha üç nəfər Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə APA-ya AİP-in mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli məlumat verib.

Onun sözlərinə görə, yanvarın 7-də saat 19.00 radələrində partiyanın qərargahından çıxarkən AİP sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və AİP sədrinin sürücüsü Mirhüseyn Kazımov saxlanılıb. Saxlanılan şəxslər barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrumetmə cəzası təyin edilib: “Hazırda 3 nəfər Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasındadır”.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Azərbaycan İslam Partiyası dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR