Müasir Müsavat Partiyasında mübahisə yaranıb

Müasir Müsavat Partiyasında mübahisə yaranıb
# 10 yanvar 2011 10:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müasir Müsavat Partiyasında (MMP) növbədənkənar qurultaya hazırlıqla bağlı toplantı keçirilib. MMP-dan APA-ya verilən məlumata görə, toplantıda qurultaya hazırlıq və təşkilati məsələlərə dair müzakirələr aparılıb, Nizamnamənin yenidən işlənmiş variantı iclas iştirakçılarına təqdim edilib.

Nizamnaməyə edilən dəyişikliklərin və partiyanın kursunun dəyişdirilməsi məsələsinin müzakirəsi zamanı partiya sədri Hafiz Hacıyevin tərəfdarları ilə narazı qrup arasında mübahisə yaranıb. Mübahisəyə Nizamnamənin yeni redaktə olunmuş variantı ilə köhnəsi arasında fərq olmaması səbəb olub. Sonra Nizamnamənin yeni layihəsinin yenidən işlənib hazırlanması qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR