Sülhəddin Əkbər və İbrahim İbrahimli də ABŞ-ın Azərbaycandakı səfirliyində görüş keçiriblər

Sülhəddin Əkbər və İbrahim İbrahimli də ABŞ-ın Azərbaycandakı səfirliyində görüş keçiriblər
# 10 yanvar 2011 12:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Müsavat Partiyasının daha iki sabiq funksioneri – Sülhəddin Əkbər və İbrahim İbrahimli ABŞ-ın Azərbaycandakı səfirliyində olublar. Bu barədə APA-ya İ. İbrahimli məlumat verib. O, diplomatik korpusun dəvəti ilə keçirilən görüşdə səfirliyin siyasi məsələlər üzrə müşaviri Bricet Buçetlə görüşdüklərini bildirib.

Qısamüddətli görüşdə hər iki şəxsin Müsavat Partiyasından istefa verməsinin səbəbləri, Azərbaycandakı ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, günün birinci keçmiş müsavatçılar – Qabil Hüseynli və Adil Qeybulla da ABŞ səfirliyində olublar.

Xatırladaq ki, S. Əkbər və İ. İbrahimli 2010-cu il noyabr ayında, Q. Hüseynli və A. Qeybulla isə bu il yanvarın 4-də partiyadan istefa verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR