BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib
# 10 yanvar 2011 13:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin (İH) növbəti iclası keçirilib.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın İdarə Heyətinin müzakirəsinə çıxarılan əsas məsələ orta təhsil məktəblərində hicaba icazə verilməməsi və bu məsələ ətrafında xarici dairələrin təhriki ilə ölkə daxilində baş verən son hadisələrlə bağlı olub: “BAXCP İdarə Heyəti hesab edib ki, “Təhsil haqqında” qanuna öncə orta və ali təhsil müəssisələrində hicabın-baş örtüyünün qadağan edilməsi ilə bağlı müddəanın salınması, qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı isə xarici və yerli dini-siyasi dairələrin hədə-qorxusundan sonra həmin müddəanın sənəddən çıxarılması, daha sonra isə “Fatimeyi-Zəhra” məscidi ətrafında baş verən hadisələr zamanı oxşar davranışların sərgilənməsi ekstremist qüvvələrin fəallaşmasına rəvac verib. Qəbul edilən qərarların xarici və daxili dini dairələrin ekstremist davranışlarının qarşılığında ləğv olunması dövlətçiliyə qənim kəsilən qüvvələrin fəaliyyətinin stimullaşdırılmasına xidmət edir. Azərbaycan iqtidarı hər zaman yürütdüyü siyasətin tamamilə müstəqil olduğunu və heç bir xarici qüvvənin təsirinə məruz qalmadığını bildirib”.

BAXCP Azərbaycan hökumətini dövlətimizin dünyəviliyi üçün təhlükə yarada biləcək və dini ekstremizmi stimullaşdıracaq qərarlar qəbul etməməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR