Müsavat Partiyasında qurultaya hazırlıq başlayır

Müsavat Partiyasında qurultaya hazırlıq başlayır
# 10 yanvar 2011 14:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arf Hacılı məlumat verib. Toplantıda hazırda Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan Vurğun Əyyub istisna olmaqla, bütün Divan üzvləri iştirak edib.

Müsavat Partiyasının VIII Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin ilk yığıncağının yanvarın 12-də saat 16.00-da keçirilməsi barədə qərar qəbul olunub.

Həmçinin 2011-ci ilin “Müsavat ili” elan olunması ilə bağlı müzakirələr aparılıb. Yaxın müddətdə bununla bağlı Təşkilat Komitəsi yaradılacaq.

İclasda Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həbsi də müzakirə olunub.

Qeyd edək ki, Müsavat Partiyasının VIII Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin 31 üzvü var. Partiyanın qurultayı bu ilin birinci yarısında keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR