“Psixiatriya yardımı haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək

“Psixiatriya yardımı haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək
# 11 yanvar 2011 08:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda “Psixiatriya yardımı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. O bildirib ki, artıq bununla bağlı müvafiq qurumlardan parlamentə 40-a yaxın təklif daxil olub: “Qanun çoxdan qəbul edilib və onun bu günün tələblərinə uyğunlaşdırılmasına ehtiyac var. Artıq bu istiqamətdə işlər aparılır və təkliflər komitənin iclaslarında müzakirə olunduqdan sonra parlamentə təqdim ediləcək”.

M. Quliyev onu da deyib ki, qanuna ediləcək əlavə və dəyişikliklər psixi xəstəliyi olan insanların diskriminasiyasını aradan qaldıracaq.

Qeyd edək ki, “Psixiatriya yardımı haqqında” qanun 2001-ci ildə qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR