Rauf Arifoğlu:“On illərdir işləmirlər və heç də məndən pis yaşamırlar, onların əli kimin cibindədir?”

Rauf Arifoğlu:“On illərdir işləmirlər və heç də məndən pis yaşamırlar, onların əli kimin cibindədir?”
# 11 yanvar 2011 10:53 (UTC +04:00)
Mən başa düşürəm ki, onlar üçün çox çətin dövrdür. Ancaq “Yeni Müsavat” qəzeti bütün dövrlərdə olduğu kimi Müsavat Partiyasına informasiya dəstəyi verir, bu partiyanın – demokratik təsisatın dağılmaması üçün əlindən gələni edir. Qəzet bu prosesin bundan sonra daha destruktiv istiqamətdə getməməsi üçün mümkün olan sürəci həyata keçirməklə yanaşı, eyni zamanda, bu partiya üçün heç də ənənəvi olmayan bir prosesin arxasında dayana biləcək məqamları araşdırır. Burada bəzi dostlarımızın xoşuna gəlməyən detallar, məqamlar da ola bilər”. Bu fikirləri APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu sabiq müsavatçı İbrahim İbrahimlinin fikirlərinə münasibət bildirirkən deyib. O deyib ki, istər qaranlıqda, istər işıqlıqda, istər şəffaflıqda, istərsə də bağlı qapılar arxasında Rauf Arifoğlunun əli yalnız öz cibindən çıxacaq: “Mən böyük bir qəzetin sahibiyəm, istehsal prosesi ilə məşğulam, böyük bir kollektivə rəhbərlik edirəm və İbrahim bəy də daxil olmaqla Azərbaycanın çox gözəl yazarları və ziyalıları ayrı-ayrı dövrlərdə, bəziləri illərdir ki, “Yeni Müsavat” qəzetindən pul, yəni qonorar alırlar. Bu məsələdə bizim başımız ucadır. Mən kimsəni incitmək fikrində deyiləm. Ancaq bəzən bu sualı da verməyə məcbur oluram: mən 22 ildir işləyirəm, öz cibim, öz əlim, öz istehsalım var, ancaq insanlar var ki, on illərdir işləmirlər və heç də məndən pis yaşamırlar. Mənim üçün maraqlıdır ki, onların əli kimin cibindədir? Söhbət İbrahim bəydən getmir, ümumiyyətlə bu sualı bu qəbildən olan sualları bəzən ortaya atıb haqsız yerə çamır, ləkə atanlara vermək istəyirəm”.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə APA-ya açıqlamasında İ. İbrahimlinin partiya başqanı İsa Qəmbəri AXCP və Müsavatın birləşmək məsələsində söz oyunu oynamaqda ittiham etməsinə münasibət bildirib. O bildirib ki, İ. Qəmbər dediyi hər bir sözün arxasındadır.

İbrahim İbrahimli isə APA-nın müxbirinə deyib ki, deyilənlərlə bağlı sabah, yəni yanvarın 12-də açıqlama verəcək.

Xatırladaq ki, İ. İbrahimli “Yeni Müsavat” qəzetini və Müsavat başqanı İsa Qəmbəri ittiham edib. O deyib ki, “bizi hakimiyyətlə əlaqədə suçlayanların narahatlığını yaxşı başa düşürük. Çünki şəffaflıq olacağı təqdirdə kimin əlinin kimin cibində olması hamıya bəlli olacaq. İstefaların “pərdəarxası məqamlarından” yazan “Yeni Müsavat” qəzeti əvvəl bir özünə baxmalıdır, sonra belə versiyaları ortaya atmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR