Azərbaycanın hakim partiyası Qarsdakı türk-erməni dostluğunun rəmzi olan abidənin sökülməsi barədə qərarı alqışlayır

Azərbaycanın hakim partiyası Qarsdakı türk-erməni dostluğunun rəmzi olan abidənin sökülməsi barədə qərarı alqışlayır
# 11 yanvar 2011 16:48 (UTC +04:00)
Bu abidənin sökülməsi tam məntiqli hərəkət olacaq. Cənab Ərdoğanın bu mövqeyi mövcud reallığı əks etdirir və tamamilə qanunauyğun haldır”. APA-nın məlumatına görə, bunu YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hakim partiyanın saytına açıqlamasında deyib.

M. Qurbanlı bildirib ki, belə abidənin mövcudluğu ermənilərin işğalçı siyasətinə mənəvi bəraətdən başqa bir şey deyil. Ona görə də, işğalçılara qarşı təpki göstərilməli, onlara hər hansı güzəştə gedilməməlidir.

“Qarsda bəzi dairələr Ermənistanla sərhədlərin açılmasının iqtisadi cəhətdən Türkiyəyə, həmin bölgəyə divident gətirəcəyini düşünür. Amma bu gülünc fikirlərdir. Çünki Ermənistan iqtisadiyyatı o qədər geridədir ki, Türkiyənin sərhədyanı bölgələri Ermənistanla ticarət əlaqələri aparmaqla cüzi gəlir əldə edə bilər. Xəzinəsi boş, əhalisi yoxsul olan Ermənistanla ticarətin əhəmiyyəti yoxdur. Türkiyənin aparıcı dairələri bu reallığı gözəl anlayırlar”, - deyə YAP icra katibinin müavini vurğulayıb.

M. Qurbanlı bildirib ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları sürür, uydurma “erməni soyqırımı” təbliğatını aparmaqla Türkiyənin beynəlxalq aləmdə imicinə zərbə vurmağa çalışır: “Belə olan halda ermənilərin mövcud olmayan dostluğuna abidə ucaltmaq lazım deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR