Azərbaycan prezidenti bir qrup şəxsi fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edib

Azərbaycan prezidenti bir qrup şəxsi fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edib
# 12 yanvar 2011 16:23 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Ağdaş rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən Şıxıyeva Tənzilə Ağabala qızına “Əməkdar müəllim”, Nuriyev Nuru İbad oğluna “Əməkdar həkim”, Hacıyev Əhliman Səlim oğluna “Əməkdar mühəndis”, Hüseynova Möysünə Maxsud qızına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

Azərbaycan prezidenti həmçinin Ağdaş rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bayramov Şahin Məmməd oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Hacıbalayeva Şəhla Baba qızı, Həmidov Vuqar Rəsul oğlu, Nəbiyev Rafiq Yusif oğlu, Rəhimov Akif Yunis oğlu və Yusibova Hənifə Nəsib qızı “Tərəqqi” medalı ilə təltif olunublar.

Dövlət başçısı Yevlax rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Əhmədov Mustafa Bayram oğlu, Əliyev Knyaz Allahverdi oğlu və Orucov Paşa Kirman oğlu “Tərəqqi” medalı ilə təltif olunublar. Prezidentin digər sərəncamı ilə Yevlax rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adlar verilib. Sərəncamla Həmzəyev Kamil Əli oğlu,
Quliyev Vaqif Oruc oğlu və Məmmədova Əntiqə Nəcəf qızı “Əməkdar müəllim”, Ellazov Aydın Sarı oğlu, Məmmədova Zemfira Davud qızı və Şabanova Tünzalə Şəmistan qızı “Əməkdar həkim”, Həsənov Nizami Fərman oğlu və Seyidov Nazim Fətulla oğlu “Əməkdar mühəndis”, Əhmədov İlqar Yusif oğlu, Mustafayev Eldəniz Bəhmən oğlu və Nəbiyev İdris Əli oğlu “Əməkdar mədəniyyət işçisi” adlarına layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR