AMEA-da Ramiz Mehdiyevin icra intizamı ilə bağlı göndərdiyi məktub müzakirə edilib

AMEA-da Ramiz Mehdiyevin icra intizamı ilə bağlı göndərdiyi məktub müzakirə edilib
# 13 yanvar 2011 08:19 (UTC +04:00)
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda ölkə prezidenti tərəfindən imzalanmış 472 saylı fərmanın tələblərinə əməl olunması və dövlət nəzarəti sisteminin fəaliyyətinin səmərəliyinin artırılması məqsədilə milli layihələrin, ölkə başçısının fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinin gedişi və nəticələri barədə mütəmadi olaraq Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinə ətraflı məlumatların təqdim edilməsi xahiş olunur.

Bu məsələ ilə bağlı çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, institut direktorları ölkə prezidentinin fərman və sərəncamlarının icrasına şəxsən özləri nəzarət və rəhbərlik edərək onun icrasının dəqiq müəyyən olunmuş müddətlərdə təmin olunmasını təşkil etməlidirlər. Hansısa tapşırığı bu və ya digər səbəbdən icra etmək mümkün olmadıqda vaxtında akademiya rəhbərliyinə məlumat verilməli, hesabatlar ümumi sözlərlə deyil, konkret dəlil və sənədlər əsasında tərtib edilməli və AMEA-nın Elm-təşkilat şöbəsinə təqdim olunmalıdır.

AMEA Elm-təşkilat şöbəsinə təqdim olunmuş hesabatların Prezident Administrasiyasının tələblərinə müvafiqliyi yoxlanıldıqdan sonra administrasiyanın Dövlət nəzarəti şöbəsinə göndərilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR