Azərbaycan prezidenti “Euronews” telekanalının Müşahidə Şurasının sədri və telekanalın baş icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti “Euronews” telekanalının Müşahidə Şurasının sədri və telekanalın baş icraçı direktorunu qəbul edib
# 13 yanvar 2011 11:24 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 13-də “Euronews” telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezanini və telekanalın baş icraçı direktoru Filip Kaylanı qəbul edib.

APA-nın məlumatına görə, görüşdə “Euronews” telekanalı ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb, informasiya sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunularaq, müasir dövrdə informasiya mübadiləsinin önəmi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR