İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib
# 14 yanvar 2011 15:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Şuradan APA-ya verilən məlumata görə, İsa Qəmbərin sədrlik etdiyi toplantıda Koordinasiya Şurasının üzvləri Aqil Səmədbəyli, Əli Kərimli, Ənnağı Hacıbəyli, Mirvari Qəhrəmanlı, İlqar İbrahimoğlu, Pənah Hüseyn və Vidadi Mirkamal iştirak ediblər.

Toplantıda əvvəlki iclasda qəbul olunmuş qərarların icrası haqda məlumat dinlənilib və qənaətbəxş hesab olunub. Toplantıda daha sonra İctimai Palatanın tərkibi, İctimai Palatanın işinin təşkili və 2011-ci üçün Fəaliyyət Planı müzakirə edilib.

Toplantıda həmçinin ölkədə mövcud vəziyyət, İctimai Palatanın yanvarın 29-da keçiriləcək 1-ci sessiyasının gündəlik layihəsi də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR