Bakıda “Müsavatçılıq və gənclik” mövzusunda konfrans keçirilib - FOTO

Bakıda “Müsavatçılıq və gənclik” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO</font>
# 15 yanvar 2011 13:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müsavat Partiyasının təsis olunmasının 100 illiyi münasibətilə bu gün Bakıda “Müsavatçılıq və gənclik” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı deyib ki, Müsavat Partiyasının siyasi fəaliyyəti nəticəsində Azərbaycan XX əsrdə öz müstəqilliyinə nail ola bilib. Bu baxımdan da, Müsavat Partiyasının yaradılmasının ildönümü ilə bağlı tədbirlər təşkilat səviyyəsində deyil, ölkə miqyasında keçirilməlidir. T.Abbaslı 2011-ci ilin “Müsavat ili” olduğunu da qeyd edib. Partiyanın Gənclər Təşkilatının üzvü Emin Məmmədli isə Müsavat Partiyasının yaradılması, fəaliyyəti və M.Ə.Rəsulzadənin siyasi tərcümeyihalı haqda danışıb.

Tədbirdə çıxış edən Bütöv Azərbaycan Birliyi (BAB) Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli, Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli və digərləri çıxışlarında partiyanın yaranma zərurəti, keçdiyi yol və M.Ə.Rəsulzadə barəsində fikir və mülahizələrini bölüşüblər.

Sonra Müsavat Partiyası ilə bağlı video-çarx nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR