Amerikalı müəlliflərin ermənilərin tarixi saxtalaşdırması ilə bağlı yazdığı kitab Azərbaycan dilinə tərcümə olunub

Amerikalı müəlliflərin ermənilərin tarixi saxtalaşdırması ilə bağlı yazdığı kitab Azərbaycan dilinə tərcümə olunub
# 17 yanvar 2011 10:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Amerikalı müəlliflər Kastin və Karolin Makkartilərin “Türklər və ermənilər. Erməni məsələləri üzrə rəhbərlik” adlı kitabı Azərbaycan dilinə tərcümə olunub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hüquq elmləri üzrə fəlsəfə doktoru Aydın Əliyev və fəlsəfə doktoru Yaşar Əliyev tərəfindən tərcümə olunan kitabda ermənilərin tarixi saxtalaşdırmaları ilə bağlı sübutlar bir daha təsdiqini tapıb. Kitabda xüsusi məqamlardan biri Osmanlı hökuməti tərəfindən ermənilərə qarşı heç bir soyqırımın olmaması faktının sübut edilməsidir.
Tərcümə materialının yaxın zamanlarda AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən kitab şəklində nəşr edilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR