BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 17 yanvar 2011 11:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İctimai-siyasi vəziyyətlə bağlı məsələlər çərçivəsində Azərbaycan prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclası ilə müzakirə olunub. BAXCP ümid edir ki, 2011-cu ilin "Turizm ili" elan olunmasına baxmayaraq, bu il Azərbaycan tarixində həm də böyük siyasi islahatlar ili kimi qalacaq.

BAXCP İdarə Heyəti eyni zamanda "Turizm ili" ilə bağlı yeni təkliflə çıxış edib. Partiya hesab edir ki, "Turizm ili" çərçivəsində Azərbaycanda yeni "Şahdağ" turist şəhərinin əsasının qoyulması ölkənin milli maraqları baxımından məqsədəuyğun olardı. BAXCP hesab edir ki, Bakı şəhərində həyata keçirilməsi nəzərdə tutulan bir neçə iri layihənin təxirə salınması nəticəsində “Şahdağ” turist şəhəri təşəbbüsünün gerçəkləşdirilməsi mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR