AMİP Siyasi Şurasının iclası keçirilib

AMİP Siyasi Şurasının iclası keçirilib
# 17 yanvar 2011 13:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki mövcud ictimai-siyasi, sosial-iqtisadi durum, Azərbaycanın iştirak etdiyi enerji layihələri müzakirə olunub.

Ölkədəki mövcud durumu dəyərləndirən AMİP Siyasi Şurası söz və fikir azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını vacib sayıb.

Siyasi Şura hökuməti dinə münasibətində həssas olmağa çağırıb.

Son dövrlər ölkədə pisləşən sosial-iqtisadi vəziyyətlə bağlı narahatlığını ifadə edən Siyasi Şura bunun qarşısının alınması üçün hakimiyyətdən zəruri kompleks tədbirlərin görülməsini tələb edib.

Siyasi Şura, həmçinin, yanvarın 13-də Aİ və Azərbaycan arasında Bakıda imzalanmış “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin ölkə üçün əhəmiyyətli olduğu qənaətinə gəlib və bu istiqamətdə atılan addımları dəstəkləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR