Asim Mollazadə: “20 yanvar hadisələri zamanı xəsarət alan Azərbaycan vətəndaşlarına sosial imtiyazlar tətbiq olunmalıdır”

Asim Mollazadə: “20 yanvar hadisələri zamanı xəsarət alan Azərbaycan vətəndaşlarına sosial imtiyazlar tətbiq olunmalıdır”
# 18 yanvar 2011 15:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “1990-cı il 20 yanvar hadisələri zamanı xəsarət alan Azərbaycan vətəndaşlarına sosial imtiyazlar tətbiq olunmalıdır”. APA-nın məlumatına görə, bunu Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə jurnalistlərlə görüşündə deyib. O bildirib ki, hazırda ölkədə 20 yanvar hadisələri zamanı əlil olan şəxslərin sayı 300-dən artıqdır. Buna baxmayaraq, indiyə qədər bu vətəndaşlara əlilliyə görə dövlət tərəfindən heç bir müavinət verilməyib.

Partiya sədri problemin həllində mətbuatın ona dəstək verəcəyinə ümid etdiyini də söyləyib: “Həmin hadisələr zamanı Bakıda 137 nəfər öldürüldü, 700-dən artıq insan yaralandı. Yaralanan insanların yarısından çoxu dünyasını dəyişib. Heç olmasa yaşayan şəxslərin sosial problemlərinin həlli üçün hökumət bu addımı atmalı və 20 yanvar hadisələri zamanı əlil olan Azərbaycan vətəndaşlarına pensiya verməlidir. Bu, dövlət büdcəsi üçün çox cüzi məbləğdir”.

A. Mollazadə bu məsələni Milli Məclisin iclaslarının birində qaldıracağını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR