Demokratik İslahatlar Partiyasının yeni qərargahı jurnalistlərə tanıdılıb

Demokratik İslahatlar Partiyasının yeni qərargahı jurnalistlərə tanıdılıb
# 18 yanvar 2011 15:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratik İslahatlar Partiyasının (DİP) yeni binasının jurnalistlər üçün təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimatda DİP sədri Asim Mollazadə təmsil etdiyi partiyanın fəaliyyətindən, siyasi mövqeyindən, ölkədəki ictimai-siyasi, iqtisadi proseslərə yanaşmasından danışıb. A. Mollazadə DİP-in cəmiyyətdə orta təbəqənin formalaşması üçün azad iqtisadiyyatın inkişafında maraqlı olduğunu söyləyib. O, Azərbaycanın dünya üçün müasir bir cəmiyyət modelinə çevriləcəyinə inandığını vurğulayaraq ölkədə medianın inkişafında maraqlı olduğunu da dilə gətirib: “Mediası olmayan ölkədə demokratik dəyərlər formalaşa və cəmiyyətdə şəffaflıq yarana bilməz. Bütün bu amillər dövlətin güclənməsinə gətirib çıxarar”.

Qeyd edək ki, yeni bina Nəsimi rayonu ərazisindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR