“Qarabağ” siyasi partiyalar birliyinin Əsasnaməsi hazırlanıb

“Qarabağ” siyasi partiyalar birliyinin Əsasnaməsi hazırlanıb
# 19 yanvar 2011 12:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Qarabağ” siyasi partiyalar birliyinin Əsasnaməsi artıq hazırlanıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov APA-ya deyib ki, ADP və Ümid Partiyalarının funksionerlərindən ibarət işçi qrup tərəfindən blokun əsasnaməsi və saziş layihəsi hazırdır. Blokun memorandum və digər zəruri sənədlərinin hazırlanması prosesi isə yaxın günlərdə yekunlaşacaq.

H. Rüstəmov bildirib ki, hazırlanan sənədlər işçi qrup tərəfindən gələn həftə hər iki partiyanın ali strukturlarında yekun olaraq müzakirə olunacaq. Bundan sonra isə blokun yaradılmasının rəsmiləşdirilməsi məsələsi qətiləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR