Vaqif Sadıqov XİN kollegiyasının üzvlüyündən çıxarılıb

Vaqif Sadıqov XİN kollegiyasının üzvlüyündən çıxarılıb
# 19 yanvar 2011 12:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rəsizadənin imzaladığı qərarla xarici işlər nazirinin keçmiş müavini, hazırda Azərbaycanın İtaliyadakı səfiri vəzifəsində çalışan Vaqif Sadıqov XİN kollegiyasının üzvlüyündən çıxarılıb. Onun yerinə kollegiya üzvlüyünə nazir müavini Nadir Hüseynov daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR