20 Yanvar əlilləri üçün Azərbaycan prezidentinin təqaüdü təsis edilib

20 Yanvar əlilləri üçün Azərbaycan prezidentinin təqaüdü təsis edilib
# 19 yanvar 2011 16:42 (UTC +04:00)
APA-nın məlumatına görə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə imzalanan Fərmanda 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği aşağıdakı kimi müəyyən olunub:

I qrup əlillərə – 150 manat
II qrup əlillərə – 130 manat
III qrup əlillərə – 100 manat.

Təsis edilən təqaüd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin “Sosial müdafiə və sosial təminat bölməsi” vəsaiti hesabına ödənilir.

Fərman 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR