Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 20 yanvar 2011 13:23 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev bu gün Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı bu yaxınlarda Belçika Krallığının keçmiş Baş naziri Herman Van Rompey ilə görüşünü və Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı ilə bağlı onunla apardığı müzakirələri xatırladıb. İki ölkə arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirən prezident İlham Əliyev Azərbaycan ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Səfir ölkələr arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövrünün çox maraqlı illərə təsadüf etdiyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR